satellite   Azerspace-1: 11135 H 30000

Daxili Qoşunların hərbi qulluqçuları “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib - SƏRƏNCAM

Daxili Qoşunların hərbi qulluqçuları “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib<font color='red'> - SƏRƏNCAM</font>

Prezident İlham Əliyev martın 11-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi qulluqçularının “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Naxçıvan televiziyası-ın məlumatına görə, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının aşağıdakı hərbi qulluqçuları “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilsinlər:

Ələkbərov Nicat Vaqif oğlu – polkovnik

Abdulkərimov Tural Akif oğlu – polkovnik-leytenant

Əliyev Telman Elyaz oğlu – polkovnik-leytenant

Həsənov Əli Vaqif oğlu – polkovnik-leytenant

Qurbanov Anar İsa oğlu – polkovnik-leytenant

Məmmədov Xəyyam Loğman oğlu – polkovnik-leytenant

Ağayev Nemət Mir Tahir oğlu – mayor

Əliyev Rasim Nurməmməd oğlu – mayor

Quliyev Malik Əlipənah oğlu – mayor

Məhərrəmov Sətdar Razim oğlu – mayor

Niftəliyev Ayaz Tofiq oğlu – mayor

Məmmədov Bilal Şahin oğlu – kapitan".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM