satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Prezidenti İlham Əliyev və İsrailin Prezidenti İsxak Hersoq Münxendə görüşüblər - YENİLƏNİB - FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev və İsrailin Prezidenti İsxak Hersoq Münxendə görüşüblər<font color='red'> - YENİLƏNİB</font><font color=red> - FOTOLAR</font> Azərbaycan Prezidenti İlham Əliyev və İsrailin Prezidenti İsxak Hersoq Münxendə görüşüblər<font color='red'> - YENİLƏNİB</font><font color=red> - FOTOLAR</font> Azərbaycan Prezidenti İlham Əliyev və İsrailin Prezidenti İsxak Hersoq Münxendə görüşüblər<font color='red'> - YENİLƏNİB</font><font color=red> - FOTOLAR</font> Azərbaycan Prezidenti İlham Əliyev və İsrailin Prezidenti İsxak Hersoq Münxendə görüşüblər<font color='red'> - YENİLƏNİB</font><font color=red> - FOTOLAR</font>

Fevralın 16-da Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun görüşü olub.

Naxçıvan televiziyası xəbər verir ki, İsrail Prezidenti İsxak Hersoq dövlətimizin başçısına prezident seçkilərində qələbə qazanması münasibətilə təbriklərini çatdırıb.

Prezident İlham Əliyev təbrikə görə təşəkkürünü bildirib və bununla bağlı İsxak Hersoqdan rəsmi məktub formasında da təbrik aldığını məmnunluqla qeyd edib.

Söhbət zamanı Azərbaycan ilə İsrail arasında müxtəlif sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb, hökumətlərarası komissiyanın fəaliyyəti qeyd olunub, iqtisadi-ticari, mədəni, humanitar əlaqələrə toxunulub. Həmçinin Azərbaycan Respublikasının İsrail Dövlətində səfirliyinin fəaliyyətə başlamasının ikitərəfli əlaqələrimizin inkişafına təkan verdiyi bildirilib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM