satellite   Azerspace-1: 11135 H 30000

Prezident İlham Əliyev Cəbrayıl rayonunda “Şəfəq” Günəş Elektrik Stansiyasına gedən avtomobil yolunun açılışında iştirak edib - FOTOLAR

Prezident İlham Əliyev Cəbrayıl rayonunda “Şəfəq” Günəş Elektrik Stansiyasına gedən avtomobil yolunun açılışında iştirak edib<font color=red> - FOTOLAR</font> Prezident İlham Əliyev Cəbrayıl rayonunda “Şəfəq” Günəş Elektrik Stansiyasına gedən avtomobil yolunun açılışında iştirak edib<font color=red> - FOTOLAR</font> Prezident İlham Əliyev Cəbrayıl rayonunda “Şəfəq” Günəş Elektrik Stansiyasına gedən avtomobil yolunun açılışında iştirak edib<font color=red> - FOTOLAR</font> Prezident İlham Əliyev Cəbrayıl rayonunda “Şəfəq” Günəş Elektrik Stansiyasına gedən avtomobil yolunun açılışında iştirak edib<font color=red> - FOTOLAR</font>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Hacıqabul-Bəhrəmtəpə-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 197-ci kilometrindən Cəbrayıl rayonu ərazisində inşa olunan “Şəfəq” Günəş Elektrik Stansiyasına gedən avtomobil yolunun açılışında iştirak edib.

NTV xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına məlumat verdi.

Bildirildi ki, IV texniki dərəcəyə uyğun inşa edilən yolun ümumi uzunluğu 11,5 kilometrdir. İki hərəkət zolağından ibarət yolun eni 6 metrdir. Bu yolun inşası ötən ilin dekabrında Azərbaycan Prezidentinin imzaladığı Sərəncama əsasən həyata keçirilib.

Qeyd edək ki, yeni yolun istifadəyə verilməsi bu istiqamətdə nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinə, əhalinin rahat gediş-gəlişinin təmin edilməsinə öz töhfəsini verəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM