satellite   Azerspace-1: 11135 H 30000

İsxak Hersoq: Möhtəşəm ölkə olan Azərbaycan regional liderdir

İsxak Hersoq: Möhtəşəm ölkə olan Azərbaycan regional liderdir

Azərbaycanın illər boyu qoruyub saxladığı adət-ənənə və dəyərlərə heyranam. Azərbaycan müsəlman dünyasında yaranan ilk demokratik respublikadır və möhtəşəm ölkəniz regional liderdir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu fikirlər İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycan Prezidenti İlham Əliyevə doğum günü münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.

Məktubda deyilir: “Azərbaycanda müxtəlif dinlərə və mədəniyyətlərə mənsub olan vətəndaşların harmoniya və qarşılıqlı hörmət şəraitində birgəyaşayışı məni xüsusilə heyran edir. Ölkəniz bütün dinlərin nümayəndələrinin sülh və əməkdaşlıq şəraitində birgə yaşamasının dünyaya parlaq nümunəsidir. Novruz, Hanuka, Milad və Yeni il bayramlarının qeyd olunması bu inklüzivliyə və anlaşmaya sadiqliyin sübutudur”.

İsrail Dövlətinin Prezidenti məktubunda Prezident İlham Əliyev tərəfindən Azərbaycandakı yəhudi icmasına göstərilən dəstəyə görə minnətdarlığını ifadə edərək vurğulayıb: “Siz İsrail Dövlətinin və yəhudi xalqının dostusunuz, biz Azərbaycanın səfirliyinin açılmasını və İsrailə səfərinizi səmimi münasibətlərimizin daha da möhkəmlənməsi baxımından səbirsizliklə gözləyirik”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM