satellite   Azerspace-1: 11135 H 30000

Prezident İlham Əliyev ABŞ Dövlət Departamentinin baş müşavirini qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev ABŞ Dövlət Departamentinin baş müşavirini qəbul edib<font color='red'> - YENİLƏNİB</font>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 6-da ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, dövlətimizin başçısı Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünün nəticələrindən məmnunluğunu bildirdi və bu istiqamətdə göstərdiyi davamlı səylərinə görə ABŞ Dövlət katibi Antoni Blinkenə təşəkkürünü ifadə etdi.

Qonaq ABŞ Dövlət katibinin salamlarını Prezident İlham Əliyevə çatdıraraq vurğuladı ki, Antoni Blinken də Münxen görüşünün səmərəli keçdiyi qənaətindədir.

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Antoni Blinkenə çatdırmağı xahiş etdi.

Söhbət zamanı Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparıldı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM