Prezident İlham Əliyev iyunun 14-də İlham Nəzərlinin Azərbaycan Respublikasının Fələstin Dövlətində Təmsilçilik Ofisinin rəhbəri təyin edilməsi haqqında Sərəncam imzalayıb.
Naxçıvan televiziyası-ın məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
İlham Ənvər oğlu Nəzərli Azərbaycan Respublikasının Fələstin Dövlətində Təmsilçilik Ofisinin rəhbəri təyin edilsin".
