satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzə direktor müavini - baş həkim təyin olunub

Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzə direktor müavini - baş həkim təyin olunub

Naxçıvan televiziyası xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxovun müvafiq əmri ilə Kifayət Məmmədova Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzə direktor müavini - baş həkim təyin olunub.

Qeyd edək ki, 1969-cu ildə Naxçıvanda doğulan K.Məmmədova Naxçıvan şəhər 5 nömrəli məktəbdə təhsil alıb. Rusiyanın İrkutsk Dövlət Tibb Universitetini bitirib. O, Türkiyə, İsrail və Rusiya universitet və xəstəxanalarında çalışıb, doğum və cərrahiyyə üzrə ixtisasartırma kursları keçib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM