satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda Perinatal Mərkəzin Müalicə işləri üzrə müavini Nəzakət Quliyeva tutduğu vəzifədən azad edilib

Naxçıvanda Perinatal Mərkəzin Müalicə işləri üzrə müavini Nəzakət Quliyeva tutduğu vəzifədən azad edilib

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən əhaliyə yüksək səviyyəli tibbi xidmət göstərmək və səhiyyənin inkişafı istiqamətində davamlı islahatlar aparılır. Bu islahatlar içərisində qanun pozuntusuna yol vermiş tibb işçiləri haqqında qanunauyğun olaraq tədbirlər də öz əksini tapıb.

Naxçıvan televiziyası xəbər verir ki, növbəti belə tədbir Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzi publik hüquqi şəxsin işçiləri haqqında olub. Belə ki, vəzifə təlimatı qaydalarını pozaraq, vəzifələrinin icrasına laqeydlik göstərdiyinə görə Perinatal Mərkəzin Müalicə işləri üzrə müavini Nəzakət Quliyeva tutduğu vəzifədən azad edilərək Mərkəzin həkimləri sırasından çıxarılıb. Həmçinin 3 şöbə müdiri tutduğu vəzifədən azad edilərək aşağı vəzifəyə keçirilib, 1 mama-ginekoloqa isə töhmət intizam cəzası verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM