satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru işdən azad olunub

Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru işdən azad olunub

Naxçıvan televiziyası xəbər verir ki, Mərkəzin direktoru Zeynəb Natiq qızı Mənsumova tutduğu vəzifədən azad olunub.

Bununla bağlı Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxov müvafiq əmr imzalayıb.

Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən bundan sonra da əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsi üçün islahatlar davam etdiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM