satellite   Azerspace-1: 11135 H 30000

Sergey Markov: Ermənistanın son təxribatının təşəbbüskarı Fransa kəşfiyyatıdır

Sergey Markov: Ermənistanın son təxribatının təşəbbüskarı Fransa kəşfiyyatıdır

Rusiyalı analitik, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov Azərbaycan-Ermənistan sərhədində baş verən eskalasiyanın Fransa tərəfindən təşkil olunduğunu bildirib.

Naxçıvan televiziyası xəbər verir ki, politoloq Bakı və İrəvanın sülh müqaviləsini imzalamağa hazırlaşdığı vaxtda baş verənlərin sual doğurduğunu söyləyib.

“Niyə? Axı hər iki tərəf sülh müqaviləsi imzalamaq istəyir. Mümkündür ki, suala cavab hadisə yerindədir. Çünki Ermənistan ordusu Avropa İttifaqı missiyasının yerləşdiyi ərazidən zərbələr endirib. Mümkündür ki, bunun təşəbbüskarı Fransa kəşfiyyatıdır. Çünki Makron Rusiyanı bu mövqedən itələyib çıxarıb, Ermənistanın əsas hərbi müttəfiqi olmaq istəyir. Ona görə də Fransa, Aİ və NATO Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların əsas benefisiarlarıdır”, - Markov vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:23 25.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM