satellite   Azerspace-1: 11135 H 30000

Münxen Təhlükəsizlik Konfransının sədri: Azərbaycanla COP29 çərçivəsində əməkdaşlığa hazırıq

Münxen Təhlükəsizlik Konfransının sədri: Azərbaycanla COP29 çərçivəsində əməkdaşlığa hazırıq

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində təhlükəsizliyə münasibətdə əhatəli və müfəssəl bir yanaşma var, ona görə iqlim dəyişikliyi də təhlükəsizlik konsepsiyasının bir hissəsi hesab olunur.

Naxçıvan televiziyası xəbər verir ki, bu fikirləri Münxen Təhlükəsizlik Konfransının sədri Kriştof Xoysqen Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.

O, bu xüsusda, Münxen Təhlükəsizlik Konfransının Katibliyi olaraq Azərbaycanla COP29 çərçivəsində əməkdaşlığa və həmin sessiya zamanı ölkəmizdə birgə tədbirin keçirilməsinə hazır olduğunu vurğulayıb. Bu təklif dövlətimizin başçısı tərəfindən məmnunluqla qəbul edilib. Azərbaycanın COP Təşkilat Komitəsi tərəfindən Münxen Təhlükəsizlik Konfransının Katibliyi ilə bu istiqamətində birgə işin aparılacağı diqqətə çatdırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM