satellite   Azerspace-1: 11135 H 30000

Milli Məclisin deputatları Belarusdakı seçkiləri müşahidə edəcək

Milli Məclisin deputatları Belarusdakı seçkiləri müşahidə edəcək

Milli Məclisin deputatları Belarus Respublikası Milli Məclisinin Nümayəndələr Palatasına və yerli deputat şuralarına seçkilərdə müşahidəçi qismində iştirak etmək üçün fevralın 22-də bu ölkənin paytaxtı Minsk şəhərinə səfər edəcəklər.

Milli Məclisdən Naxçıvan televiziyası-a verilən xəbərə görə, deputat İltizam Yusifov MDB PA-nın xətti ilə, deputat Sabir Hacıyev MDB İcraiyyə Komitəsinin xətti ilə seçkilərə hazırlığın vəziyyəti ilə tanış olacaq, səsvermə günü müxtəlif məntəqələrdə seçki prosesini müşahidə edəcək, vətəndaşların fəallığına, seçicilərin hüquqlarının təmin olunmasına diqqət yetirəcəklər.

Səfər fevralın 27-də başa çatacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM