satellite   Azerspace-1: 11135 H 30000

Gürcüstanın 50-dən çox QHT rəhbəri Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat qəbul edib

Gürcüstanın 50-dən çox QHT rəhbəri Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat qəbul edib

Gürcüstanda fəaliyyət göstərən 50-dən çox Qeyri-Hökumət Təşkilatı və 10-dan çox ölkənin ictimai-siyasi və din xadimləri Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar bəyanat qəbul edib.

Naxçıvan televiziyası xəbər verir ki, Gürcüstandakı "Azərbaycan Evi"nin təşəbbüsü ilə bu ölkənin Baş nazir, prezident, parlament, XİN rəhbəri, Ombdusmana, diplomatik korpusların rəhbərlərinə, eləcə də BMT-nin və Avropa Şurasının Tbilisi ofislərinə, UNİCEF-ə, ATƏT və digər beynəlxalq qurumlara məktub ünvanlanıb.

Gürcüstandakı "Azərbaycan Evi"nin direktoru Məhəbbət İmanov bildirib ki, bəyanatın əsas məqsədi 32 il öncə Ermənistan tərəfindən Xocalıda xalqımıza qarşı törədilən qətliamın soyqırımı aktı kimi qəbul edilməsidir: "Biz hər zaman bölgədə sülhün və əmin-amanlığın tərəfdarı olmuşuq. İnsanlığa qarşı törədilən qətliamların əleyhinə olaraq, eyni zamanda Ermənistana bölgədə sülhün bərqərar olması üçün çağırış edirik".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM