Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.
Bu barədə NUHÇIXAN-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, görüşdə iki ölkə arasında ətraf mühitin mühafizəsi, gələcək əməkdaşlıq imkanları müzakirə edilib. Həmçinin Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.