satellite   Azerspace-1: 11135 H 30000

Ərdoğan: Türkiyə daxilində terrorçu qalmayıb

Ərdoğan: Türkiyə daxilində terrorçu qalmayıb

Türkiyə terrora qarşı uğurla mübarizə aparır. Artıq Türkiyə daxilində terrorçu qalmayıb.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sakaryada təşkil olunan mitinqdə çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyə bütün çətinliklərə rəğmən, imperialistlərə, terrorçulara təslim olmayıb: “Cənub sərhədlərimizdə terrorçu dövlətlərin yaradılmasına da imkan vermədik”.

Türkiyə söyləyib ki, terrorçulara qarşı mübarizədə müdafiə sənayəsi məhsulları, o cümlədən pilotsuz uçuş aparatları, qırıcı təyyarələr mühüm rol oynayır: "Arxalarında kimin olmasından asılı olmayaraq, son terrorçu məhv edilənə qədər mübarizəni davam etdirəcəyik".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM