Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old (Fergus Auld) "Ana harayı" abidəsini ziyarət edib.
Naxçıvan televiziyası xəbər verir ki, o, bu barədə “X”də yazıb.
“Bu gün Xocalı faciəsinin qurbanlarını bütün azərbaycanlılarla birgə yad edirəm. Allah rəhmət eləsin!”, - diplomat bildirib.
