satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüş yeri məlum olub

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüş yeri məlum olub

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan Almaniyanın paytaxtı Berlində görüşəcəklər.

Naxçıvan televiziyası-ın TASS-a istinadən verdiyi xəbərə əsasən, bunu Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan bildirib.

Onun sözlərinə görə, görüş fevralın 28-29-da baş tutacaq.

“Görüş haqqında razılaşma Münxendə üçtərəfli görüş zamanı əldə edilib”, - o deyib.

Xatırladaq ki, bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib ki, bu yaxınlarda Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında sülh sazişinin müzakirəsi ilə bağlı görüş keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM