satellite   Azerspace-1: 11135 H 30000

Xocalı faciəsi ilə əlaqədar Sloveniyanın paytaxtında maarifləndirmə aksiyası keçirilib - FOTOLAR

Xocalı faciəsi ilə əlaqədar Sloveniyanın paytaxtında maarifləndirmə aksiyası keçirilib<font color=red> - FOTOLAR</font> Xocalı faciəsi ilə əlaqədar Sloveniyanın paytaxtında maarifləndirmə aksiyası keçirilib<font color=red> - FOTOLAR</font> Xocalı faciəsi ilə əlaqədar Sloveniyanın paytaxtında maarifləndirmə aksiyası keçirilib<font color=red> - FOTOLAR</font>

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Sloveniyanın paytaxtı Lyublyana şəhərində maarifləndirmə aksiyası keçirilib.

Naxçıvan televiziyası xəbər verir ki, Azərbaycan Türk Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə şəhərin mərkəzi küçələrində yerləşən 18 rəqəmsal LED ekranda 24 saat ərzində “Xocalını unutmayaq” posteri nümayiş olunub.

Assosiasiyadan bildirilib ki, Xocalı soyqırımının 32-ci ildönümünü ilə əlaqədar rəqəmsal LED ekranlarda QR kodlu posterlər yerləşdirməkdə əsas məqsəd yerli ictimaiyyətin diqqətini erməni vəhşiliyinə çəkmək olub.

Qeyd edək ki, maarifləndirmə aksiyası Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycanın Avstriyada və Sloveniyadakı səfirliyinin dəstəyi ilə həyata keçirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM