satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan və Rusiya XİN başçıları regionda münaqişədən sonrakı vəziyyəti müzakirə ediblər - YENİLƏNİB-2

Azərbaycan və Rusiya XİN başçıları regionda münaqişədən sonrakı vəziyyəti müzakirə ediblər<font color='red'> - YENİLƏNİB-2</font>

1 mart 2024-cü il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə görüşüb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Görüşdə iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran aktual məsələlər, habelə cari regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov Azərbaycanın sülh səyləri, eləcə də sülh prosesinin cari vəziyyəti və ölkəmizin baxışları barədə qarşı tərəfi məlumatlandırıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM