satellite   Azerspace-1: 11135 H 30000

Antalya Diplomatiya Forumunun II günü keçirilir

Antalya Diplomatiya Forumunun II günü keçirilir

Türkiyənin Antalya şəhərində təşkil olunan III Diplomatiya Forumu davam edir.

Naxçıvan televiziyası xəbər verir ki, tədbirin ikinci günü “Avrasiyada yeni əməkdaşlıq dinamikaları”, “Enerji təhlükəsizliyində dəyişən paradiqmalar”, “Terrorla mübarizədə yeni sınaqlar”, “Aerokosmik diplomatiya: Yeni fürsətləri kəşf etmək”, “Sahil: Təhlükəsizlik risklərindən qalıcı sülhə”, “Avropa təhlükəsizlik memarlığının gələcəyi” kimi bir çox mövzu müzakirə olunacaq. Türkiyənin birinci xanımı Əminə Ərdoğanın rəhbərliyi ilə “Yüksək mövqeli qadın, sülh və təhlükəsizlik” mövzusunda panel iclasları təşkil olunacaq.

Azərbaycanı tədbirdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdikləri nümayəndə heyətləri təmsil edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM