satellite   Azerspace-1: 11135 H 30000

Rəsmi Brüssel Azərbaycanı sanksiyalarla təhdid edə bilməz - VİDEO

Rəsmi Brüssel Azərbaycanı sanksiyalarla təhdid edə bilməz<font color=red> - VİDEO</font>

Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi ilə bağlı məsələlər barədə kifayət qədər materiallar yayımlandı. Prezident İlham Əliyevin Türkiyə səfərində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşündə də bu məsələyə dövlət başçıları səviyyəsində münasibət bildirildi. Amma bu dəfə Avropa Parlamenti biraz da irəli gedərək Azərbaycana qarşı sanksiyalara çağırışların yer aldığı qətnamə qəbul edib. Qətnamədə Azərbaycanın guya Qarabağda erməni sakinlərə təzyiq göstərməsi eləcə də, Azərbaycanın guya Ermənistana hücum edə biləcəyi ilə bağlı absurd və əsassız ehtimallar yer alıb.

Bir tərəfdə Avropanın “reinteqrasiya” adı altında həyata keçirdiyi siyasət.  Digər tərəfdə isə Azərbaycanın Qarabağda həyata keçirdiyi reinteqrasiya planı. O zaman bu qətnamə nəyin qərəzidir?

Naxçıvan televiziyası Naxçıvan televiziyası əməkdaşlarının mövzu ilə bağlı hazırladıqları reportajı təqdim edir:

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM