satellite   Azerspace-1: 11135 H 30000

Ermənistan saxlanılan Azərbaycan əsgəri barəsində cinayət təqibini dayandırıb

Ermənistan saxlanılan Azərbaycan əsgəri barəsində cinayət təqibini dayandırıb

Ermənistan İstintaq Komitəsi azərbaycanlı hərbçi Ruslan Pənahovla bağlı cinayət təqibinə xitam verib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Ermənistan kütləvi informasiya vasitələri məlumat yayıb.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.

Ermənistan tərəfi isə şərti sərhədi keçən Azərbaycan əsgərinin saxlanıldığını bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM