satellite   Azerspace-1: 11135 H 30000

Vətənə qaytarılan əsgər: Ali Baş Komandana təşəkkürümü bildirirəm

Vətənə qaytarılan əsgər: Ali Baş Komandana təşəkkürümü bildirirəm

Bu il fevralın 28-də azaraq Ermənistana keçən və martın 5-də Vətənə qaytarılan Azərbaycan Ordusunun əsgəri Ruslan Pənahov Ali Baş Komandan İlham Əliyevə təşəkkürünü bildirib.

Naxçıvan televiziyası xəbər verir ki, o, jurnalistlərə açıqlamasında hazırda özünü yaxşı hiss etdiyini söyləyib.

"Vətənə qayıtdığıma görə çox xoşbəxtəm. Ali Baş Komandan İlham Əliyevə təşəkkürümü bildirirəm. Bilirdim ki, məni əsirlikdən xilas edəcək", - R.Pənahov vurğulayıb.

Xatırladaq ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, bu il fevralın 28-də səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM