satellite   Azerspace-1: 11135 H 30000

Ermənilərin "Artsax"la bağlı tədbiri təxirə salınıb

Ermənilərin "Artsax"la bağlı tədbiri təxirə salınıb

Ermənilərin Almaniyanın paytaxtı Berlində keçirməyi planlaşdırdıqları “Artsaxın mədəni irsi” adlı kitabın geniş təqdimat mərasimi təxirə salınıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Naxçıvan televiziyası-a verilən məlumata görə, bu gün tədbirin onlayn keçiriləcəyi barədə məlumat yayılıb:

"Məqsəd guya təqdimatın təhlükəsizlik şəraitində keçirilməsini təmin etməkdir".

Xatırladaq ki, Ermənilər martın 6-da Berlində “Artsaxın mədəni irsi” adlı kitabın təqdimatı məqsədilə geniş tədbir keçirməyi planlaşdırırdılar. Avropada yaşayan azərbaycanlılar və diaspor təşkilatları təqdimat mərasimində iştirak etmək üçün qeydiyyata düşmək məqsədilə davamlı olaraq müraciətlər edib və tədbirin qarşısının alınması üçün ciddi cəhd göstəriblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM