satellite   Azerspace-1: 11135 H 30000

Natəvanın heykəli Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzinə aparılıb

Natəvanın heykəli Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzinə aparılıb

Azərbaycanın tanınmış şairəsi Xurşidbanu Natəvanın Fransanın Evian lö Bən şəhərindəki heykəli Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzinə çatdırılıb.

Naxçıvan televiziyası xəbər verir ki, heykəl martın 4-də Evian şəhərindən götürülüb.

Natəvanın heykəli artıq Azərbaycan Fransadakı Səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzindədir və onun Mərkəzin bağında ucaldılması ilə bağlı işlər davam etdirilir.

Məlumata görə, heykəl götürülərkən üzərindəki örtük açılıb və müəyyən olunub ki, üzərinə qırmızı boya atılmaqla yanaşı (heykəlin gözləri, adının və Azərbaycan yazısının yazıldığı hissələrinə qırmızı boya çəkilib), onun özünə də zərər verilib (heykəlin burnu və barmaqları qırılıb).

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM