satellite   Azerspace-1: 11135 H 30000

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib - VİDEO

Məzahir Pənahovun sədrliyi ilə martın 7-də Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən Naxçıvan televiziyası-a bildiriblər ki, əvvəlcə Komissiyanın fevralın 1-də, 5-də və 11-də keçirilmiş iclaslarının protokolları təsdiq edilib.

Sonra bəzi seçki dairələri üzrə dairə seçki komissiyalarının tərkibində dəyişikliklər olunması məsələsinə baxılıb.

Aparılan müzakirələrdən sonra 65 saylı Salyan-Biləsuvar-Neftçala, 77 saylı Lənkəran şəhər və 81 saylı İmişli seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.

Media nümayəndələrinin iştirak etdikləri iclasda, həmçinin cari məsələlərə baxılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM