satellite   Azerspace-1: 11135 H 30000

Prezident İlham Əliyev: Azərbaycan da islamofobiyadan əziyyət çəkən ölkədir

Prezident İlham Əliyev: Azərbaycan da islamofobiyadan əziyyət çəkən ölkədir

Azərbaycan da islamofobiyadan əziyyət çəkən ölkədir.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakıda keçirilən “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransın iştirakçılarına məktubunda qeyd olunub.

Vurğulanıb ki, Ermənistan tərəfindən torpaqlarımızın 30 illik işğalının ən ağır fəsadlarından biri də bəşəri əhəmiyyətə malik mədəni irsimizin, o cümlədən İslam dininə aid abidələrin qəsdən dağıdılması və məhv olunmasıdır. “İlkin araşdırmalara görə, işğal dövründə 65 məscidin yerlə-yeksan edildiyinə dair məlumatlar olsa da, təəssüf ki, bu rəqəmlər getdikcə daha da artır və İslam irsinə qarşı erməni vandalizminin çoxsaylı yeni nümunələri ortaya çıxır”, - deyə məktubda diqqətə çatdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM