satellite   Azerspace-1: 11135 H 30000

Növbəti "Komando başlanğıc kursu"nun buraxılış mərasimi keçirilib - FOTOLAR

Növbəti "Komando başlanğıc kursu"nun buraxılış mərasimi keçirilib<font color=red> - FOTOLAR</font> Növbəti "Komando başlanğıc kursu"nun buraxılış mərasimi keçirilib<font color=red> - FOTOLAR</font> Növbəti "Komando başlanğıc kursu"nun buraxılış mərasimi keçirilib<font color=red> - FOTOLAR</font>

2024-cü il üçün hazırlıq planına uyğun olaraq "Komando başlanğıc kursu"nun növbəti buraxılış mərasimi olub.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Kurs iştirakçılarına Müdafiə Nazirliyi rəhbərliyinin təbrikləri çatdırılıb, gələcək xidməti fəaliyyətlərində uğurlar arzulanıb.
Mərasimdə Azərbaycan Ordusunda bütün sahələrdə olduğu kimi, hərbi təhsil sahəsində də həyata keçirilən islahatlar çərçivəsində peşəkar zabit kadrlarının hazırlanmasında Türkiyə modelindən istifadə olunması və bu prosesin həyata keçirilməsində "Komando hazırlığı kursu"nun əhəmiyyəti xüsusi vurğulanıb.

Hərbi qulluqçulara sertifikatlar təqdim olunduqdan sonra şəxsi heyət təntənəli marşla tribuna önündən keçib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM