satellite   Azerspace-1: 11135 H 30000

Tokayev: Qazaxıstanla Azərbaycan arasında əməkdaşlığın gələcəyinə böyük nikbinliklə baxıram

Tokayev: Qazaxıstanla Azərbaycan arasında əməkdaşlığın gələcəyinə böyük nikbinliklə baxıram

Biz qardaş xalqlarıq, müttəfiqik, strateji tərəfdaşıq.

Naxçıvan televiziyası xəbər verir ki, bu sözləri Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev martın 12-də Azərbaycanın mədəniyyət və incəsənət xadimləri, Füzuli şəhər sakinləri və Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində təhsil alacaq uşaqlarla görüş zamanı söyləyib.

Qazaxıstan Prezidenti, həmçinin deyib: “Bunlar təkcə sözlər deyil, həm də ölkələrimizin hökumətlərinin görəcəyi böyük iş həcmləridir, çünki razılaşmalar çox ciddidir, çox böyükdür və şübhəsiz, onlar iqtisadiyyatlarımızın inkişafına impuls verəcək ki, bu da çox vacibdir. Ona görə də dövlətlərimiz arasında əməkdaşlığın gələcəyinə böyük nikbinliklə baxıram”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM