satellite   Azerspace-1: 11135 H 30000

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şehbaz Şərif Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfiri Xəzər Fərhadovu qəbul edib - FOTOLAR

 Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şehbaz Şərif Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfiri Xəzər Fərhadovu qəbul edib<font color=red> - FOTOLAR</font>  Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şehbaz Şərif Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfiri Xəzər Fərhadovu qəbul edib<font color=red> - FOTOLAR</font>

14.05.2025-ci il tarixində Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şehbaz Şərif Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfiri Xəzər Fərhadovu qəbul edib. 

NTV xəbər verir ki, Görüşdə Baş nazir Pakistanla sarsılmaz həmrəylik və dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, eləcə də qardaş Azərbaycan xalqına dərin minnətdarlığını bildirib. Baş nazir əlavə edib ki, qardaş ölkə tərəfindən nümayiş etdirilən mövqe iki xalq arasında möhkəm dostluğun və qardaşlığın təzahürüdür.

Regionda baş verənlər və əldə olunmuş atəşkəs razılaşması barədə danışan Baş nazir gələcək dövrlərdə də hər hansı təcavüz qarşısında öz suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə müdafiə etməyə hazır olduğunu bildirib.

Baş nazir strateji xarakter daşıyan Pakistan-Azərbaycan münasibətlərinin inkişafından bəhs edərək, ikitərəfli əməkdaşlığın müsbət trayektoriyasından məmnunluğunu ifadə edib. O, Prezident Əliyevin ötən ilin iyulunda Pakistana tarixi səfərinin iqtisadiyyat, ticarət və investisiya sahələrində yeni əməkdaşlıq imkanlarının açılması ilə mühüm mərhələ olduğunu bildirib. Baş nazir fevralda Bakıya səfərini xatırladaraq, Pakistanın qardaşlıq əlaqələrini qarşılıqlı faydalı iqtisadi tərəfdaşlığa yüksəltmək istəyini bir daha təsdiqlədi.

Azərbaycan və Pakistanın dost və qardaş ölkələr kimi hər zaman birlikdə olduğunu bildirən ölkəmizin Pakistandakı səfiri Xəzər Fərhadov, ölkə başçımız İlham Əliyevin iki ölkə arasındakı qardaşlıq əlaqələrinə böyük önəm verdiyini və son illər ərzində tərəflər arasında əlaqələrin sürətlə inkişaf etdiyini bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM