satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan və Özbəkistan sərhədlərin mühafizəsi sahəsində əməkdaşlığı genişləndirəcək

Azərbaycan və Özbəkistan sərhədlərin mühafizəsi sahəsində əməkdaşlığı genişləndirəcək

Azərbaycan və Özbəkistan dövlət sərhədinin mühafizəsi sahəsində təcrübə mübadiləsini genişləndirməyə razılaşıblar.

Bu barədə NTV Özbəkistan KİV-lərinə istinadən məlumat yayıb.

Məlumata görə, bu gün Daşkənddə Özbəkistan Dövlət Təhlükəsizliyi Xidməti Sərhəd Qoşunlarının regional qərargah rəisi Salimjon Xusanov və Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev arasında görüş keçirilib.

Görüşün yekunları üzrə dövlət sərhədinin mühafizəsi, sərhəd nəzarəti, müasir informasiya texnologiyalarının tətbiqi və maddi-texniki təminatın təkmilləşdirilməsi sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi barədə razılıq əldə olunub.

Tərəflər Özbəkistan və Azərbaycan dövlət başçıları tərəfindən müəyyən edilmiş, qardaş xalqlar arasında tarixi dostluq münasibətlərinin və hərtərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsinə yönəlmiş kursa sadiqliklərini təsdiqləyiblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM