Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin mütləq imzalanacağına əminliyini ifadə edib.
NTV Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, o bu barədə brifinq zamanı bəyan edib.
"Mən artıq demişdim və bir daha təkrar edirəm: ardıcıl, sakit diplomatik iş aparılır. Sülh sazişinin imzalanacağına şübhə etmirəm. İndi məsələ bunun nə vaxt baş verəcəyidir – apreldə, mayda, iyunda, sentyabrda, lakin o mütləq imzalanacaq", - o qeyd edib.
