satellite   Azerspace-1: 11135 H 30000

Nazir: Azərbaycanda “sandbox” modeli ilə innovasiyaların tətbiqi sürətlənir

Nazir: Azərbaycanda “sandbox” modeli ilə innovasiyaların tətbiqi sürətlənir

Azərbaycanda fintex, səhiyyə və təhsil sahələrində innovasiyaların sınaqdan keçirilməsi üçün “sandbox” modeli tətbiq olunur, bu isə uğurlu təşəbbüslərin daha geniş miqyasda tətbiqinə imkan yaradır.

NTV xəbər verir ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev XIII Qlobal Bakı Forumu çərçivəsində “Rəqəmsal gələcək: süni intellekt, idarəetmə və innovasiyanın etikası” mövzusunda panel iclasda deyib.

Nazir bildirib ki, “sandbox” vizyonu çərçivəsində müəyyən sahələrdə xüsusi qaydalar tətbiq edilir və hökumət tərəfindən nəzarət olunur. Əgər bu yanaşma uğurlu olarsa, təcrübə genişləndirilir və digər sahələrdə də tətbiq edilir.

Rəşad Nəbiyev əlavə edib ki, düzgün tənzimləmə və idarəetmə mexanizmləri cəmiyyətin təhlükəsizliyini qoruyarkən, innovasiya ekosisteminin inkişafını da təmin edir. Bu yanaşma həm də Azərbaycanın rəqəmsal və innovativ inkişaf sahəsində beynəlxalq təcrübəyə uyğunlaşmasına xidmət edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM