satellite   Azerspace-1: 11135 H 30000

Ceyhun Bayramov: Keçirilən görüşlərin regionda sabitlik və təhlükəsizliyin möhkəmlənməsinə mühüm töhfə verəcəyinə inanırıq

Ceyhun Bayramov: Keçirilən görüşlərin regionda sabitlik və təhlükəsizliyin möhkəmlənməsinə mühüm töhfə verəcəyinə inanırıq

İsveçrənin Federal Şurasının üzvü və Federal Xarici İşlər Departamentinin rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis ilə görüşdə ikitərəfli münasibətləri, İsveçin sədri olduğu təşkilatlar çərçivəsindəki fəaliyyətini, mövcud vəziyyəti və perspektivləri, eyni zamanda, Azərbaycan-İsveç ikitərəfli gündəliyini, regionumuzdakı postmünaqişə vəziyyətini, Azərbaycan-Ermənistan normallaşma prosesini və bir sıra digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdik.

NTV xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrənin Federal Şurasının üzvü və Federal Xarici İşlər Departamentinin rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis ilə birgə keçirilən mətbuat konfransında söyləyib.

O bildirib ki, aparılan faydalı fikir mübadiləsinin və keçirilən görüşlərin ikitərəfli əlaqələrimizin gələcək inkişaf dinamikasına, eləcə də regionda sabitlik və təhlükəsizliyin möhkəmlənməsinə mühüm töhfə verəcəyinə inanırıq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Şahbuzda zəlzələ olub

12:25 04.08.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM