satellite   Azerspace-1: 11135 H 30000

Sülhməramlıların daha dörd avtomobili Laçından Xankəndiyə maneəsiz gedib

Sülhməramlıların daha dörd avtomobili Laçından Xankəndiyə maneəsiz gedib

Rusiya sülhməramlılarına məxsus təminat avtomobilləri Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət ediblər.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, dekabrın 26-da Rusiya sülhməramlılarına məxsus daha dörd təminat avtomobilinin Laçından Xankəndi istiqamətinə doğru istiqamətinə maneəsiz keçməsinə şərait yaradılıb. Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər.

Qeyd edək ki, bu gün səhər saatlarında da Rusiya sülhməramlılarına məxsus 5 təminat avtomobili Xankəndidən Laçın istiqamətinə doğru gedib.

Bir daha xatırladırıq ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM