satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycandan Ukraynaya göstərilmiş humanitar yardımın məbləği 30 milyon manata yaxındır

Azərbaycandan Ukraynaya göstərilmiş humanitar yardımın məbləği 30 milyon manata yaxındır

2022-ci il fevralın 27-dən başlayaraq Ukraynaya humanitar yardım göndərilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin 2022-ci ilin yekunlarına dair hesabatında bildirilib.

Diqqətə çatdırılıb ki, dərman vasitələri, tibbi sərfiyyat malları, tibbi avadanlıqlar, qida və ərzaq məhsulları və körpə uşaq qayğısı məhsullarından ibarət olan humanitar yardımlara cari ilin dekabr ayında artıq ilk hissəsi Ukraynaya çatmış güc transformatorları və generatorlar əlavə olunub (ümumi məbləği 1 milyon 422 min manat və ya 830 min ABŞ dollarından artıq). Ümumilikdə Azərbaycan Respublikası tərəfindən Ukraynaya göstərilmiş humanitar yardımın məbləği 30 milyon manata (17,5 milyon dollara) yaxın, ümumi həcmi isə təxminən min (1000) tondur. Bununla yanaşı, müharibədən zərər çəkmiş, ailə üzvlərini itirmiş 90-a yaxın ukraynalı uşaq tibbi və sosial-psixoloji reabilitasiya məqsədilə ölkəmizə gətirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM