satellite   Azerspace-1: 11135 H 30000

“Azəriqaz”: “Talış kəndinin qazlaşdırılması zamanı 75-dən çox mina aşkarlanıb”

“Azəriqaz”: “Talış kəndinin qazlaşdırılması zamanı 75-dən çox mina aşkarlanıb”

Bu il Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi daxili maliyyə resursları hesabına Tərtər rayonun işğaldan azad edilmiş Talış kəndinə 11,1 kilometr uzunluğunda yeraltı polietilen qaz xətti çəkib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu bu gün Birliyin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov qurumda ilin yekunlarına dair keçirilən növbəti “Açıq qapı” aksiyası zamanı birdirib.

O, bu tikintinin mürəkkəbliyini də qeyd edərək bildirib ki, “Azəriqaz”ın qaz xətləri çəkdiyi dəhliz boyunca minalanmış ərazilərdən keçməli olublar: “Tikinti zamanı həmin ərazilərdə 75-ə yaxın mina və partlayıcı vasitə aşkarlanıb. Orta hesabla, biz kəmərin uzunluğunu minanın sayına bölsək, hər 150 metr məsafəyə bir mina düşür. Bu prosesi də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) peşəkarlıqla icra edib. ANAMA tərəfindən “Azəriqaz”a böyük dəstək göstərilib”.

Onun sözlərinə görə, “Azəriqaz” təyin edilmiş ərazini qazlaşdırmaq və vaxtında təhvil verilməsi üçün iki növbəli iş rejimi ilə çalışıb və qaz xəttinin çəkilməsi yekunlaşıb.

"Növbəti ildə də işğaldan azad edilmiş ərazilərdə qaz xətlərinin çəkilməsi və kommunikasiyaların qurulması planlaşdırılıb",- deyə T. Cəfərov qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM