satellite   Azerspace-1: 11135 H 30000

Sülhməramlıların növbəti avtomobil karvanı aksiya ərazisindən sərbəst keçib

Sülhməramlıların növbəti avtomobil karvanı aksiya ərazisindən sərbəst keçib

Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 78-ci günündə də Rusiya sülhməramlılarına məxsus avtomobillər aksiya ərazisindən maneəsiz keçirlər.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, sülhməramlılara məxsus 1 minik, 14 təminat avtomobilin Laçından Xankəndi istiqamətinə sərbəst hərəkəti təmin edilib. Gün ərzində indiyədək aksiya ərazisindən Rusiya sülhməramlılarına məxsus 56 avtomobil keçib.

Bu, bir daha onu göstərir ki, ərazidə hərəkət sərbəstdir.

Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM