satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Prezidenti: Biz düşmənçilik səhifəsini tezliklə çevirmək üçün konstruktiv iş aparmaq əzmindəyik

Azərbaycan Prezidenti: Biz düşmənçilik səhifəsini tezliklə çevirmək üçün konstruktiv iş aparmaq əzmindəyik

Ötən ilin oktyabrında Praqada və Soçidə qəbul edilmiş sənədlər sülh müqaviləsinə nail olmaq üçün istifadə edilə bilən təməldir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edərkən söyləyib.

Dövlətimizin başçısı deyib: “Hər halda biz bu düşmənçilik səhifəsini tezliklə çevirmək və Cənubi Qafqaza sülhü qaytarmaq üçün Ermənistan tərəfi ilə, bizim dostumuz və qonşumuz Rusiya tərəfi ilə müsbət və konstruktiv iş aparmaq əzmindəyik”.

Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, səfərin nəticələri həmişəki kimi müsbət olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM