satellite   Azerspace-1: 11135 H 30000

Ceyhun Bayramov: Ermənistanın yüksək siyasi rəhbərliyinin Laçın yolu ilə bağlı qərarları yanlışdır

Ceyhun Bayramov: Ermənistanın yüksək siyasi rəhbərliyinin Laçın yolu ilə bağlı qərarları yanlışdır

Biz Ermənistanın yüksək siyasi rəhbərliyinin Laçın yolu ilə bağlı qərarlarının yanlış olduğunu görürük. Onların mövqeyindəki qeyri-ardıcıl yanaşmalar beynəlxalq fikri yayındırmaq və regionda ajiotaj yaratmaq niyyətindən xəbər verir. Bu məsələdə Azərbaycan vətəndaş cəmiyyətinin fikirləri eşidilməlidir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrov ilə fevralın 28-də keçirdiyi birgə mətbuat konfransında məlumat verib.

Ceyhun Bayramov qeyd edib ki, Ermənistan tərəfindən konstruktiv dialoqun yaradılmamasına cəhdlər müşahidə edilir.

“Azərbaycan Rusiya sülhməramlı kontingenti və Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti ilə daimi əlaqədədir. Biz sülhə alternativ görmürük”, - deyə azərbaycanlı nazir əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM