satellite   Azerspace-1: 11135 H 30000

Özbəkistan Prezidenti Azərbaycana işgüzar səfər edəcək

Özbəkistan Prezidenti Azərbaycana işgüzar səfər edəcək

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev martın 1-2-də Azərbaycana işgüzar səfər edəcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Özbəkistan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Ş.Mirziyoyevin Qoşulmama Hərəkatının sammitinin plenar iclasında iştirakı nəzərdə tutulur.

Tədbirin gündəliyinə pandemiyanın nəticələrinin davamlı təsiri, habelə beynəlxalq təhlükəsizlik və sabitliyə çağırış, eləcə də təhdidlər şəraitində çoxtərəfli dialoqun inkişafı və əməkdaşlığın genişləndirilməsi məsələləri daxildir.

Özbəkistan liderinin Bakıda dövlət və hökumət rəsmiləri ilə də görüşlər keçirəcəyi planlaşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM