satellite   Azerspace-1: 11135 H 30000

İran hakimiyyəti Təbrizdəki Azərbaycanşünaslıq Mərkəzini bağlayıb

İran hakimiyyəti Təbrizdəki Azərbaycanşünaslıq Mərkəzini bağlayıb

İran hakimiyyəti Güney Azərbaycanın Təbriz şəhərindəki universitetdə fəaliyyət göstərən Azərbaycanşünaslıq Mərkəzini bağlayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə mərkəzin sosial şəbəkədəki səhifəsində bildirilib.

Məlumata görə, Tehran rejimi Azərbaycanşünaslıq Mərkəzinin fəaliyyətini dayandırmaqla yanaşı, onun üzvlərinə qarşı təzyiq və təqibləri də artırıb.

Vurğulanıb ki, mərkəzin Təbrizdən olan iki üzvü Hadi Heydəri Azad və İbrahim Əhmədpur fevralın 27-də həbs olunub.

Sosial mediada "Təbriz Universitetinin hər yeri Azərbaycanşünaslıq Mərkəzidir" paylaşımı edilib.

Qeyd edək ki, Tehran rejimi əvvəllər də bu mərkəzin üzvlərinə qarşı təzyiqlər göstərib, təqib edib. Bir neçə il əvvəl Təbriz Universitetinin Əkinçilik və kənd təsərrüfatı fakültəsinin tələbəsi Əfsanə Toqir həbs edilmiş, işgəncəyə məruz qalmışdı.

Xatırladaq ki, Azərbaycan Respublikasında İran səfirliyinin Mədəniyyət Mərkəzi, habelə İranşünaslıq adı altında bir sıra mərkəzlər fəaliyyət göstərir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM