satellite   Azerspace-1: 11135 H 30000

"Ermənilərlə görüşlər hər hansı dairənin təşəbbüsü ilə deyil, ölkə başçımızın siyasəti sayəsində baş tutur" - RƏY

"Ermənilərlə görüşlər hər hansı dairənin təşəbbüsü ilə deyil, ölkə başçımızın siyasəti sayəsində baş tutur"<font color='red'> - RƏY</font>

"Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında Vardanyanla bağlı tələbini səsləndirəndən sonra Qarabağda yaşayan erməni icmasının nümayəndələri ilə təmasların qurulması ilə bağlı məsələ də reallaşır. Ölkə başçımız Qarabağda yaşayan erməni əsilli əhalinin vətəndaşlarımız olduğunu dəfələrlə bəyan edib. Bu gün Xocalıda baş tutmuş görüşdə də erməni əsilli vətəndaşlarımızın ölkəmizə inteqrasiyası məsələlərinin müzakirə olunduğunu hesab edirəm".

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Azər Badamov deyib.

"Görüş barəsində verilən məlumatlara görə növbəti görüşlər Azərbaycanın digər şəhərlərində baş tuta bilər. Yəni uzun illər aralarında düşmənçilik baş vermiş ermənilərin inteqrasiyası üçün belə görüşlər çox təşkil olunmalı və beləliklə normallaşma prosesi başlayacaq. Bu görüşlər hər hansı dairənin təşəbbüsü ilə deyil, ancaq ölkə başçımızın siyasəti sayəsində baş tutur. Hesab edirəm ki, Ermənistanla sülh müqaviləsinin imzalanması prosesi də ikitərəfli görüşlərdə müzakirələr keçirməklə reallaşacaq", - deputat vurğulayıb.

O əlavə edib ki, Ermənistan-Azərbaycan münasibətlərin normallaşdırılması prosesinə xarici tərəfdaşların ilk baxışdan töhfə verdiyi görünsə də, reallıqda heç bir effektivliyi yoxdur:

"Hesab edirəm ki, Ermənistanla münasibətlərin normallaşması prosesi də tezliklə başlanacaq və 2023-cü il regiona sülh və sabitlik gələcək".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM