satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna mətbuatı Qarabağda erməni hərbçilərinin təxribatına geniş yer ayırıb

Ukrayna mətbuatı Qarabağda erməni hərbçilərinin təxribatına geniş yer ayırıb

Ukrayna mətbuatı Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində törətdiyi təxribata dair məqalələr dərc edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, “İnterfaks-Ukrayna”, “UNİAN” informasiya agentlikləri, “Qolos” və digər xəbər portallarında dərc olunan məqalələrdə Azərbaycan Müdafiə və Xarici İşlər nazirliklərinin erməni təxribatı ilə bağlı yaydığı bəyanatdakı fikirlər yer alıb. Qeyd olunur ki, martın 5-də erməni silahlı birləşmələrinin törətdiyi təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Ermənistanın yenə də Azərbaycanın Qarabağ iqtisadi rayonuna hərbi daşınmaları həyata keçirməsi faktı bu ölkənin Azərbaycana qarşı davam edən təcavüzü və terror siyasətidir.

Məqalələrdə, həmçinin qeyd olunur ki, bu əməllər Azərbaycan-Ermənistan arasında sərhəd nəzarət-buraxılış rejiminin tətbiq edilməsinin labüdlüyünü bir daha sübut edir. Azərbaycan tərəfi bu kimi hərbi təxribatların qarşısını almaq məqsədilə üçtərəfli Bəyanatın icrasının təmin edilməsini, Ermənistandan qeyri-qanuni silah və sursatın, şəxsi heyətin və minaların daşınmasına son qoyulmasını, Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrini dərhal çıxarmağı tələb edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM