satellite   Azerspace-1: 11135 H 30000

Latviya Prezidenti Azərbaycana rəsmi səfər edəcək

Latviya Prezidenti Azərbaycana rəsmi səfər edəcək

Latviya Prezidenti Eqils Levits martın 8-də Azərbaycana rəsmi səfər edəcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, Latviya dövlət başçısı Bakıda bir sıra ikitərəfli görüşlər keçirəcək.

Üstəlik, E.Levitsin martın 9-dan 11-dək Bakıda keçiriləcək Qlobal Bakı Forumunda iştirakı nəzərdə tutulub.

Xatırladaq ki, X Qlobal Bakı Forumu “Dünya bu gün: çağırışlar və ümidlər” mövzusunda keçiriləcək. Forumda enerji təhlükəsizliyi məsələləri, Avrasiya məkanında nəqliyyat dəhlizlərinin aktuallığı, Çinin qlobal inkişafda rolu və digər məsələlər müzakirə ediləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM