satellite   Azerspace-1: 11135 H 30000

Marton Nad: Macarıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və sülhə alternativ görmür

Marton Nad: Macarıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və sülhə alternativ görmür

Macarıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, sülhə və danışıqlara alternativ görmür.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu Macarıstanın iqtisadi inkişaf naziri Marton Nad Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə deyib.

Qəbula görə minnətdarlığını ifadə edən Marton Nad martın 5-də Azərbaycan hərbçilərinin şəhid olması ilə bağlı dövlətimizin başçısına başsağlığı verib.

Macarıstanın iqtisadi inkişaf naziri ölkəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyünü daim dəstəklədiyini bildirərək sülh və danışıqlara alternativin olmadığını vurğulayıb. Marton Nad Prezident İlham Əliyevin Macarıstana səfərinin yüksək səviyyədə həyata keçirildiyini və münasibətlərimizin inkişafı baxımından böyük önəm daşıdığını qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM