satellite   Azerspace-1: 11135 H 30000

Əlahiddə Ümumqoşun Orduda avtomobil texnikalarına baxış-müsabiqəsi keçirilib - VİDEO

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Əlahiddə Ümumqoşun Orduda istismarda olan arxa təminatı avtomobil texnikalarına baxış-müsabiqəsi keçirilib.

Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələri arasında təşkil olunan baxış-müsabiqəsində istismarda olan arxa təminatı avtomobil texnikalarının texniki göstəricilərinin yüksək səviyyədə saxlanılmasına, həmçinin təlimata uyğun istifadə və istismarına xüsusi diqqət yetirilib.    

Hərbi qulluqçuların yemək və su tələbatını ödəmək üçün təyin edilmiş arxa təminatı avtomobil texnika və qurğularının, səyyar soyuducuların, səyyar tipli çörək zavodlarının, su çənlərinin və səhra mətbəxlərinin cəlb edildiyi baxış-müsabiqəsində texnikalara gündəlik texniki xidmətin göstərilməsi ardıcıllığı yoxlanılıb.

Ən yaxşı nəticəni göstərən hərbi hissələr mükafatlandırılıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM