satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın müdafiə naziri türkiyəli həmkarına başsağlığı verib

Azərbaycanın müdafiə naziri türkiyəli həmkarına başsağlığı verib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülerə başsağlığı ünvanlayıb.

Nazirlikdən Naxçıvan televiziyası-a daxil olan başsağlığında deyilir:

"Ankaranın Almadağ bölgəsindəki zavodda baş verən partlayış nəticəsində beş nəfərin həlak olması və insanların yaralanması xəbəri məni hədsiz kədərləndirir. Həlak olanlara Allahdan rəhmət diləyir, yaxınlarının dərdinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir və səbir arzulayıram. Ruhları şad, xatirələri əziz olsun. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm.

Allah rəhmət eləsin".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM