satellite   Azerspace-1: 11135 H 30000

Növbəti "Komando başlanğıc kursu"nun buraxılış mərasimi keçirilib - FOTOLAR

Növbəti "Komando başlanğıc kursu"nun buraxılış mərasimi keçirilib<font color=red> - FOTOLAR</font> Növbəti "Komando başlanğıc kursu"nun buraxılış mərasimi keçirilib<font color=red> - FOTOLAR</font> Növbəti "Komando başlanğıc kursu"nun buraxılış mərasimi keçirilib<font color=red> - FOTOLAR</font> Növbəti "Komando başlanğıc kursu"nun buraxılış mərasimi keçirilib<font color=red> - FOTOLAR</font>

2023-cü il üçün hazırlıq planına uyğun olaraq, Heydər Əliyev adına Hərbi İnstitutun 4-cü kursunun kursantlarının iştirakı ilə keçirilən "Komando başlanğıc kursu"nun növbəti buraxılış mərasimi olub.

Bu barədə Naxçıvan televiziyası-a Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycanın Dövlət Himni ifa olunub.

Kurs iştirakçılarına Müdafiə Nazirliyi rəhbərliyinin təbrikləri çatdırılıb, gələcək xidməti fəaliyyətlərində uğurlar arzulanıb.

Mərasimdə Azərbaycan Ordusunda bütün sahələrdə olduğu kimi, hərbi təhsil sahəsində də həyata keçirilən islahatlar çərçivəsində peşəkar zabit kadrlarının hazırlanmasında Türkiyə modelindən istifadə olunması və bu prosesin həyata keçirilməsində "Komando hazırlığı kursu"nun əhəmiyyəti xüsusi vurğulanıb.

Sonra kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.

Hərbi qulluqçulara sertifikatlar təqdim olunduqdan sonra şəxsi heyət təntənəli marşla tribuna önündən keçib.

Qeyd edək ki, çöl çıxışında kursa cəlb olunan heyətə yaşayış məntəqələrində müasir döyüş üsulları, dağçılıq və digər fəaliyyətlər real döyüş şəraitinə uyğun məşq etdirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM