satellite   Azerspace-1: 11135 H 30000

Azad edilən ərazilərdə daha 42 mina aşkarlanıb

Azad edilən ərazilərdə daha 42 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

ANAMA-dan Naxçıvan televiziyası-a verilən məlumata görə, iyunun 5-dən 10-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 16, tank əleyhinə 26 mina və 57 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 146 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM